Səfir: “Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının region üçün nümunəvi rolu artır”

Səfir: “Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının region üçün nümunəvi rolu artır” “Azərbaycan-Gürcüstan əlaqələri çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək kimi möhkəm təməllər üzərində qurulub”.
Region
22 İyul , 2022 16:50
Səfir: “Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının region üçün nümunəvi rolu artır”

“Azərbaycan-Gürcüstan əlaqələri çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək kimi möhkəm təməllər üzərində qurulub”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə keçirilən “Gürcüstan-Azərbaycan: Əsrlərin sınağından keçmiş dostluq irsi” adlı beynəlxalq konfransda çıxışında deyib.

Səfir bildirib ki, bu gün iki ölkə arasında strateji tərəfdaşlığın bütün region üçün nümunəvi rolu daha da artır: “Onilliklər ərzində apardığımız birgə iş ciddi nəticələr verdi. Əminəm ki, biz yeni reallıqlardan irəli gələrək bütün sahələrdə əməkdaşlığımızı inkişaf etdirərək daha da böyük uğurlar əldə edəcəyik”.

F.Quliyev Azərbaycan və Gürcüstanın elmi mərkəzləri arasında əlaqələrin aktivləşdirilməsinin vacibliyini vurğulayıb: “Elm, mədəniyyət xadimləri və ekspert dairələri nümayəndələrinin intensiv şəkildə əməkdaşlığa, birgə layihələrə cəlb edilməsi vacibdir və bizim bu sahədə kifayət qədər böyük potensialımız var”.

Diplomat qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərindən sonra bölgədə yeni reallıqlar yaranıb: “Gürcüstan da həmin reallıqları əlverişli fürsət kimi dəyərləndirərək, Cənubi Qafqazda post-münaqişə dövründə barış prosesinə əhəmiyyətli töhfə vermək niyyətində olduğunu bildirib”.

Son xəbərlər

Orphus sistemi