Ermənistanda milyarder deputata cinayət işinin açılması tələb edilir

Ermənistanda milyarder deputata cinayət işinin açılması tələb edilir Çiçəklənən Ermənistan Partiyası və parlamentdəki “Sarukyan” blokunun lideri, milyarder Qaqik Sarukyana qarşı cinayət işinin başlanılması üçün ölkənin Baş prokuroruna müraciət edilib.
Region
29 Aprel , 2019 14:25
Ermənistanda milyarder deputata cinayət işinin açılması tələb edilir

"Çiçəklənən Ermənistan" Partiyası və parlamentdəki “Sarukyan” blokunun lideri, milyarder Qaqik Sarukyana qarşı cinayət işinin başlanılması üçün ölkənin Baş prokuroruna müraciət edilib.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə Vətəndaş Qərarı Partiyasının icraçı katibi Suren Saakyan Ermənistanın Baş prokuroru Artur Davtyana müraciətində bildirib.

Partiya funksioneri milyader deputatın Ermənistan Konstitusiyasının 95-ci maddəsini pozmaqda (dövlət məmurları və deputatlar kommersiya fəaliyyəti ilə məşğul ola bilməz) ittiham edərək Cinayət Məcəlləsinin 310-cu maddəsi (qanunsu olaraq sahibkarlıq fəaliyyəti) ilə ittiham edilərək cinayət işinə başlanılmasını istəyib.

Bildirilib ki, Sarukyanın deputat toxunulmazlığının dayandırlması ilə bağlı icraçı katibin müraciəti parlamentin sədrinə təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi