Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması haqda protokol geri götürülüb

Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması haqda protokol geri götürülüb İki ölkə arasında diplomatik münasibətlərin normallaşmasına dair protokol 2009-cu ildə imzalanıb
Region
16 Fevral , 2015 17:50
Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması haqda protokol geri götürülüb

Bakı. 16 fevral. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan Türkiyə ilə diplomatik münasibətlərin normallaşdırılması haqda protokolun geri götürülməsi haqda qərar qəbul edib.

"Report"un məlumatına görə, bu barədə xəbər Ermənistan prezidentinin rəsmi saytında yerləşdirilib.

Xəbərdə bildirilib ki, o, Türkiyə prezidentinə göndərdiyi müraciətdə məsələyə dair protokolun 6 il öncə imzalandığını və bu müddət ərzində heç bir nəticə olmadığını vurğulayıb.

S.Sarqsyan protokolun geri götürülməsi qərarı ilə bağlı Ermənistan parlamentinin sədri Qalust Saakyana da məktub göndərib.

Xatırladaq ki, iki ölkə arasında diplomatik münasibətlərin normallaşmasına dair protokol 2009-cu ilin oktyabr ayında Surixdə imzalanıb.

Son xəbərlər

Orphus sistemi