Şarl Mişel Gürcüstana səfər edib

Şarl Mişel Gürcüstana səfər edib Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycandan sonra Gürcüstana səfər edib.
Region
155
18 İyul , 2021 19:31
Şarl Mişel Gürcüstana səfər edib
Şarl Mişel

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycandan sonra Gürcüstana səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, onun təyyarəsi Batumi beynəlxalq hava limanında enib.

Ş.Mişeli hava limanında Aİ-nin Gürcüstandakı səfiri Karl Hartzel, Gürcüstanın xarici işlər naziri David Zalkaliani və Acarıstanın hökumət başçısı Tornike Rijvadze qarşılayıb.

Aİ rəsmisi sabah Batumidə keçiriləcək “Avropa İttifaqının cəlbetmə qüvvəsi və regionun transformasiyası” adlı konfransda iştirak edəcək. Beynəlxalq tədbirə Gürcüstan prezidenti Salome Zurabişvili, Ukraynanın dövlət başçısı Vladimir Zelenski və Moldova lideri Maya Sandu da qatılacaq.

Ş.Mişelin Gürcüstanın hakim partiya və müxalifət nümayəndələri ilə görüşləri də planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi