Sankt-Peterburqda terror aktının qarşısı alınıb
- 15 dekabr, 2017
- 12:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları Sankt-Peterburqda dekabrın 16-da terror hücumu həyata keçirməyi planlaşdıran İŞİD terror qruplaşmasının tərəfdarlarının cinayətkar fəaliyyətinin qarşısını alıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən terror hücumunun terrorçu-kamikadze vasitəsilə izdihamlı yerlərin birində həyata keçirilməsinin planlaşdırıldığını bildiriblər.
Qeyd olunub ki, dekabrın 13-14-də Sankt-Peterburqda keçirilən xüsusi əməliyyat nəticəsində qruplaşmanın yeddi üzvü saxlanılıb.
Əməliyyat zamanı şübhəlilərdən xeyli sayda partlayıcı qurğular, partlayıcı qurğuların komponentləri, avtomat, sursat və ekstremist ədəbiyyat müsadirə edilib.