Sankt-Peterburqda Heydər Əliyevin 99 illiyi qeyd edilib

Sankt-Peterburqda Heydər Əliyevin 99 illiyi qeyd edilib Sankt-Peterburqda Azərbaycan diasporunun nümayəndələri, AMOR gənclər təşkilatının fəalları və Baş konsulluğun diplomatları Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin andan olmasının 99 illiyini qeyd ediblər.
Region
10 May , 2022 23:02
Sankt-Peterburqda Heydər Əliyevin 99 illiyi qeyd edilib

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub.

"Report" xəbər verir ki, Azərbaycan diasporunun nümayəndələri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları və Baş konsulluğun diplomatları Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü qeyd ediblər.

Baş konsulluğun təşkilatçılığı ilə dahi dövlət xadimi Heydər Əliyevin Qoroxovaya küçəsindəki barelyefi qarşısına toplaşan həmvətənlərimiz Ulu Öndərin əziz xatirəsini yad ediblər. Tədbir iştirakçıları Ümummilli Liderin barelyefi qarşısına gül dəstələri düzüblər, xatirə fotoşəkilləri çəkdiriblər, onunla bağlı xoş xatirələrini bölüşüblər.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov ümummilli lider Heydə Əliyevin həyat və fəaliyyətinə nəzər salaraq, Ulu Öndərin ömür yolunu sevdiyi xalqına həsr etdiyini vurğulayıb. Diplomat bildirib ki, Heydər Əliyev daim Azərbaycan dövlətini və xalqını düşünüb, ölkəmizin tərəqqisi naminə taleyüklü qərarlar verib.

Baş konsul xüsusilə qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz çiçəklənib və inkişaf edib. Ulu Öndər müstəqil Azərbaycanın banisidir, onun siyasi müdrikliyi nəticəsində müasir dövlətçiliyimizin möhkəm əsasları qoyulub. SSRİ dövründə strateji və iqtisadi cəhətdən vacib olan layihələr məhz Heydər Əliyevə həvalə edilib və onun sayəsində uğurla həyata keçirilib. Diplomat xüsusi vurğulayıb ki, 1982-1992-ci illərdə, ulu öndər Heydər Əliyevin Azərbaycandan uzaqlaşdırıldığı dövrdə vətənimiz artıq uçurumda idi. 1993-cü ildə Azərbaycan xalqının təkidi və xahişi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı və ölkəmiz sözün həqiqi mənasında hər sahədə inkişafa başladı. Baş konsul bildirib ki, müstəqil Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə mövqelərini möhkəmlədib və müstəqilliyimiz əbədiləşib.

Qeyd edilib ki, Heydər Əliyev xaricdə yaşayan həmvətənlərimizə və Azərbaycan-Rusiya münasibətlərinin inkişafına xüsusi diqqət yetirib. Bu gün Ulu Öndərin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin tərəqqisi, xalqımızın rifahı naminə həyata keçirdiyi layihələrin böyük razılıq doğurduğu vurğulanıb.

Rəsmi hissədən sonra tədbir Baş konsulluğun inzibati binasında davam etdirilib.

Son xəbərlər

Orphus sistemi