Sankt-Peterburq şəhərində ağır yol qəzasında üç nəfər ölüb

Sankt-Peterburq şəhərində ağır yol qəzasında üç nəfər ölüb Rusiyanın Sankt-Peterburq şəhərində ağır yol qəzası baş verib.
Region
19 Noyabr , 2021 00:44
Sankt-Peterburq şəhərində ağır yol qəzasında üç nəfər ölüb

Rusiyanın Sankt-Peterburq şəhərində ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Kurortnı rayonu., Zelenoqorsk şossesinin 5-ci kilometrliyində baş verib.

Bildirilir ki, sərxoş sürücünün idarə etdiyi “Toyota Corolla” markalı avtomobil “LADA Granta” markalı nəqliyyat vasitəsilə toqquşub.

Qəza nəticəsində üç nəfər hadisə yerində keçinib.

“Toyota Corolla”nın sürücüsü orta ağır vəziyyətdə, “Lada”nın digər sərnişini, 32 yaşlı kişi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi