Sandu Dnestryanı bölgəyə ATƏT müşahidəçilərinin yerləşdirilməsni istəyir

Sandu Dnestryanı bölgəyə ATƏT müşahidəçilərinin yerləşdirilməsni istəyir Rusiya sülhməramlı qoşununu və silah-sursatı Dnestryanından çıxmalıdır.
Region
1606
30 Noyabr , 2020 14:15
Sandu Dnestryanı bölgəyə ATƏT müşahidəçilərinin yerləşdirilməsni istəyir
Mayya Sandu

"Rusiya sülhməramlı qoşunu və silah-sursatı Dnestryanıdan çıxmalıdır".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Moldova prezidenti Mayya Sandu noyabrın 30-da keçirdiyi mətbuat konfransında bildirib.

“Moldova tərəfi ilə razılaşdırılmadan Dnestryanıda Rusiya Federasiyasının operativ qoşunu yerləşdirilib. Ona görə də dövlətimizin mövqeyi belədir - o qoşun və silah-sursat bizim ölkənin ərazisindən çıxarılmalıdır”, - o qeyd edib.

M.Sandu deyib ki, Dnestryanıda Rusiya sülhməramlılarını ATƏT-in bayrağı altında mülki insanlar əvəzləməlidir.

Son xəbərlər

Orphus sistemi