Şalva Papuaşvili: On ildən artıq bizi səbr etməyə çağıranlar qəfildən Rusiyaya qarşı aqressiv mövqe tutmağı tələb etdilər
- 25 fevral, 2025
- 11:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkəsini 10 il ərzində “strateji səbr” etməyə çağıranların Ukraynada müharibə başlayan kimi Rusiyaya qarşı aqressiv mövqe tutmağı tələb olunduğunu bəyan edib.
“Report”un məlumatına görə, sosial şəbəkə hesabında Ukraynada müharibənin üçüncü ildönümünə həsr etdiyi paylaşımında spiker qeyd edib ki, Gürcüstan hökuməti gürcü xalqına cəsarətlə baxa bilər:
“Çünki biz öz dəyərlərimizə, prinsiplərimizə və inanclarımıza sadiq qalmışıq. Qərb mərkəzləri on ildən artıqdır ki, bizi “strateji səbir” göstərməyə çağırdıqdan sonra, indi qəfildən hökumətimizdən Rusiyaya qarşı aqressiv mövqe tutmağı tələb etdilər. Belə bir mövqenin yeni hərbi münaqişənin ölümcül təhlükəsi daşımasına baxmayaraq belə bir tələb bizim qarşımızda qoyuldu. Bütün bunlar heç bir təhlükəsizlik zəmanəti və ya iqtisadi həmrəylik təklif edilmədən olub”.