Salome Zurabişvili: “Novruzun Gürcüstanda qeyd olunması mədəni müxtəlifliyimizin bariz nümunəsidir”

Salome Zurabişvili: “Novruzun Gürcüstanda qeyd olunması mədəni müxtəlifliyimizin bariz nümunəsidir” “Novruz bayramının Gürcüstanda qeyd olunması çoxəsrlik tarixə malikdir"
Region
21 Mart , 2021 10:26
Salome Zurabişvili: “Novruzun Gürcüstanda qeyd olunması mədəni müxtəlifliyimizin bariz nümunəsidir”
Salome Zurabişvili

“Novruz bayramının Gürcüstanda qeyd olunması çoxəsrlik tarixə malikdir. Bu, Gürcüstan mədəniyyəti və ənənələrinin müxtəlifliyinin bariz nümunəsidir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu fikirləri Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin azərbaycanlı vətəndaşlarına ünvanladığı təbrikində deyib.

Dövlət başçısının sözlərinə görə, bahar bayramı olan Novruz təbiətin oyanışı, yeni enerji anlamını daşıyır və yeni başlanğıcın, daha yaxşı gələcəyə ümidin simvoludur:

“Pandemiya səbəbindən, təəssüflər olsun ki, bu il də bu qədim bayramı birgə qeyd etmək imkanı olmadı. İnanıram ki, birgə səylərlə pandemiya məğlub ediləcək və gələcəkdə gözəl Novruz bayramının ənənəvi keçirilməsi Gürcüstan baharının daim yaraşığı olacaq”.

S.Zurabişvili Novruz bayramını qeyd edən bütün vətəndaşları da təbrik edib: “Həm Gürcüstan, həm də ölkə xaricində bayramı qeyd edən hamını bahar bayramı, yeni gün gəlişi münasibətilə təbrik edirəm.Əmin-amanlıq, cansağlığı və xoşbəxt gələcək arzulayıram”.

Son xəbərlər

Orphus sistemi