Sabiq dövlət naziri: "Heydər Əliyev Gürcüstan xalqı üçün də görkəmli şəxsiyyət və böyük dostdur"

Sabiq dövlət naziri: "Heydər Əliyev Gürcüstan xalqı üçün də görkəmli şəxsiyyət və böyük dostdur" "Heydər Əliyev Gürcüstan xalqı üçün də görkəmli şəxsiyyət və böyük dostdur. Gürcü xalqı Heydər Əliyevə böyük hörmətlə yanaşır".
Region
10 May , 2022 15:08
Sabiq dövlət naziri: Heydər Əliyev Gürcüstan xalqı üçün də görkəmli şəxsiyyət və böyük dostdur
Niko Lekişvili

"Heydər Əliyev Gürcüstan xalqı üçün də görkəmli şəxsiyyət və böyük dostdur. Gürcü xalqı Heydər Əliyevə böyük hörmətlə yanaşır".

Bu sözləri "Report"un Gürcüstan bürosuna müsahibəsində Gürcüstanın dövlət xadimlərindən biri, keçmiş dövlət naziri, Tbilisi şəhərinin sabiq meri Niko Lekişvili deyib.

Onun sözlərinə görə, Gürcüstan-Azərbaycan münasibətərinin möhkəmlənməsinə əlbəttə ki, Heydər Əliyev və Eduard Şevardnadzenin dost münasibətləri böyük təsir edib: "Lakin Heydər Əliyevin gürcülərə münasibəti də burada böyük rol oynayıb. O, Eduard Şevardnadze ilə həmkar idi, onların yaxşı münasibətləri vardı. Lakin burada həlledici məqam hesab edirəm ki, Gürcüstan və gürcü xalqı olub. Heydər Əliyevin Gürcüstana özünməxsus düzgün münasibəti vardı. Eduard Şevardnadze faktoru qarşılıqlı münasibətlərimizdə böyük rol oynayıb. Liderlər arasında yaxşı münasibətlər olanda kommunikasiya da asan olur. Onlar təkbətək saatlarla danışıqlar aparardılar. Xatirimdədir, Moskvada MDB çərçivəsində görüşlər keçiriləndə Heydər Əliyev və Eduard Şevardnadze 3-4 saat ərzində söhbət edərdilər".

Siyasətçi həmçinin vurğulayıb ki, Gürcüstan-Azərbaycan münasibətləri bu gün də müsbət məcrada inkişaf etməyə davam edir və olduqca nümunəvidir.

Müsahibənin geniş variantı ilə bu linkə daxil olmaqla tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi