İsveçin paytaxtı Stokholmda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutub.
“Report” xəbər verir ki, bu barədə Rusiya XİN-in tviter hesabında paylaşım edilib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 2-də rusiyalı həmkarı Sergey Lavrovla İsveçin paytaxtı Stokholmda görüşəcək.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Mövlud Çavuşoğlu müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, dekabrın 2-si və 3-də Ukraynanın xarici işlər naziri Dmirto Kuleba, dekabrın 3-də isə Sergey Lavrovla görüşəcək.
M.Çavuşoğlu hər iki tərəflə təmas saxladıqlarını söyləyərək onlara gərginliyi azaltmağı tövsiyə etdiklərini vurğulayıb.
Qeyd edək ki, dekabrın 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı da olacaq.