Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Müdafiə Nazirləri Şurasının yanvarın 12-də növbədənkənar toplantısı keçiriləcək.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.
Bildirilib ki, toplantıda Qazaxıstanda keçirilən sülhməramlı əməliyyat müzakirə olunacaq.
Qeyd edək ki, yanvarın 13-dən KTMT-nin sülhməramlı hərbçiləri Qazaxıstandan 10 gün müddətinə mərhələ-mərhələ çıxarılacaq.