Saakaşvilinin tərəfdarları Tbilisidə aksiyalar keçirib, 46 nəfər saxlanılıb

Saakaşvilinin tərəfdarları Tbilisidə aksiyalar keçirib, 46 nəfər saxlanılıb Tbilisidə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin binası qarşısında etiraz aksiyası keçirilir.
Region
10 Noyabr , 2021 12:38
Saakaşvilinin tərəfdarları Tbilisidə aksiyalar keçirib, 46 nəfər saxlanılıb

Tbilisidə müxtəlif dövlət qurumlarının qarşısında keçirilən aksiyalarda 46 nəfər inzibati qaydada saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, həmin şəxslər inzibati orqanların binalarına girişi bağlamaq və onların fəaliyyətlərini dayandırmağa cəhd ediblər.

11.38

Tbilisidə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin binası qarşısında etiraz aksiyası keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, iştirakçılar keçmiş Prezident Mixeil Saakaşvilinin mülki xəstəxanaya köçürülməsi, azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin təyin olunmasını tələb edirlər.

Aksiyada etirazçılar və polis arasında qarşıdurma baş verib. Nəticədə bir neçə iştirakçı saxlanılıb və patrul polisi maşınları ilə ərazidən uzaqlaşdırılıb.

Eyni tələbli aksiyalar Gürcüstanın Ədliyyə və Səhiyyə Nazirliklərinin qarşısında da təşkil olunub. Polis əməkdaşları canlı sədd yaradaraq binalara girişləri bağlayıblar.

Son xəbərlər

Orphus sistemi