Saakaşvilinin partiyasının Marneuli təşkilatının bir qrup üzvü fəaliyyətini dondurub

Saakaşvilinin partiyasının Marneuli təşkilatının bir qrup üzvü fəaliyyətini dondurub Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) Marneuli rayon təşkilatının bir qrup üzvü siyasi fəaliyyətini müvəqqəti dayandırıb.
Region
7 Avqust , 2021 11:53
Saakaşvilinin partiyasının Marneuli təşkilatının bir qrup üzvü fəaliyyətini dondurub
Aqil Mustafayev

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) Marneuli rayon təşkilatının bir qrup üzvü siyasi fəaliyyətini müvəqqəti dayandırıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə partiyanın Marneuli qərargahının rəhbəri Aqil Mustafayev keçirdiyi brifinqdə məlumat verib.

Müxalifətçinin sözlərinə görə, buna səbəb partiya rəhbərliyi tərəfindən onların fikirlərinin nəzərə alınmamasıdır.

A.Mustafayev narazı qrupun VMHP-nin sıralarını tərk etmədiyini bildirib: “Biz partiyanın lideri Mixeil Saakaşvilini dəstəkləməkdə davam edirik. Oktyabr ayında keçiriləcək yerli seçkilərdə iştirak etməyəcəyik. Belə ki, seçkilərdə iştirakımız heç zaman formal olmayıb, biz qələbə uğrunda mübarizə aparmışıq”.

Qeyd edək ki, VMHP-də narazılıqlar sabiq dövlət məmurları – Rəfi Orucov və Ayaz Məmmədovun partiyaya qoşulmalarından sonra yaranıb. Bu günlərdə partiyanın liderlərindən biri olan Azər Süleymanov da siyasi fəaliyyətini müvəqqəti dayandırıb.

Son xəbərlər

Orphus sistemi