Bakı. 19 noyabr. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ilə bağlı məhkəmə dinləmələri yanvar ayınadək təxirə salınıb.
“Report”-un Novosti-Gruziya-ya istinadən məlumatına görə, dinləmələr yanvarın 20-dək təxirə salınıb.
Sabiq prezidentin vəkili Otar Kaxidze də bu xəbəri tastiqləyib.
Qeyd edək ki, Tiflis məhkəməsi Mixail Saakaşvili barəsində qiyabi həbs qərarı çıxarıb. Keçmiş dövlət başçısı səlahiyyət həddini aşmaqda ittiham olunur.