Həkim: "Mixeil Saakaşvilinin hazırkı vəziyyəti tam sabitdir"

Həkim: "Mixeil Saakaşvilinin hazırkı vəziyyəti tam sabitdir" Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili həbsxana xəstəxanasında vəkillərlə görüş zamanı yıxılaraq huşunu itirib.
Region
18 Noyabr , 2021 20:03
Həkim: Mixeil Saakaşvilinin hazırkı vəziyyəti tam sabitdir
0 : 00
0 : 00

“Mixeil Saakaşvilinin hazırkı vəziyyəti tam sabitdir. Hermodinamika, oksigenasiya və nəfəs göstəriciləri norma daxilindədir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xüsusi Penitensiar Xidmətinin həkim-reanimatoloqu jurnalistlərə açıqlamasında deyib.

Həkimin sözlərinə görə, pasiyentdə özündən getmə epizodu olub:

“Aparılmış kiçik reanimasiya tədbirləri nəticəsində onun vəziyyəti sabitləşib”.

19:25

“Gürcüstanda həbsdə olan keçmiş prezident Mixeil Saakaşvilinin vəziyyəti pisləşib. O, bu gün huşunu itirərək yıxılıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu onun vəkili Beka Basilaya jurnalistlərə məlumat verib.

Gürcüstanın Xüsusi Penitensiar Xidmətindən bildirilib ki, M.Saakaşvilinin sağlamlıq durumu sabitdir. Qeyd olunub ki, həkim-reanimatoloq tezliklə mətbuat üçün açıqlama ilə çıxış edəcək.

Qeyd edək ki, sabiq dövlət başçısı oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, noyabrın 8-də Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsindən Tbilisidəki Qldani həbsxanasının klinikasına yerləşdirilib. M.Saakaşvili saxlanıldığı gündən artıq 49-cu gündür aclıq aksiyası keçirir.

Son xəbərlər

Orphus sistemi