Saakaşvili ifadə vermək üçün müstəntiqi çadır şəhərciyinə çağırıb

Saakaşvili ifadə vermək üçün müstəntiqi çadır şəhərciyinə çağırıb Bakı. 6 dekabr. REPORT.AZ/ Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili ifadə vermək üçün prokurorluğun müstəntiqini çadır şəhərciyinə çağırıb.
Region
6 Dekabr , 2017 12:59
Saakaşvili ifadə vermək üçün müstəntiqi çadır şəhərciyinə çağırıb
AP Photo/ Sergei Chuzavkov

Bakı. 6 dekabr. REPORT.AZ/ Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili ifadə vermək üçün prokurorluğun müstəntiqini çadır şəhərciyinə çağırıb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, o, Ukraynanın Baş prokuroru Yuri Lutsenkonun istintaqa gəlməsi üçün çağırışını rədd edib.

“Mən ikiüzlü, savadsız, qanunsuz, yalançı baş prokurorun qəbuluna getməyəcəm. Mən onu Ukraynanın baş prokuroru saymıram”, - M.Saakaşvili vurğulayıb.

O bildirib ki, dekabrın 6-da Bakı vaxtı ilə 20:00-da ölkə parlamentinin binası qarşısında mitinq keçirəcəklərini və Ukrayna Prezidenti Petro Poroşenkoya etimadsızlıq göstərilməsini, impiçment tələb edəcəklərini vurğulayıb.

Xatırladaq ki, Ukrayna Baş Prokurorluğu bir müddət əvvəl Mixeil Saakaşvili barəsində axtarış elan etmişdi. 

Son xəbərlər

Orphus sistemi