Bakı. 22 dekabr. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2015-ci ildə ölkəsinə qayıtmaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə keçmiş prezident özünün "facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.
O, dekabrın 21-də keçirdiyi ad günü münasibətilə onu təbrik edənlərə təşəkkürünü bildirib və gələn il vətənə qayıtmağa söz verib.
"Təbriklərə görə hər kəsə təşəkkür edirəm. Gələn il Gürcüstanda görüşərik", - M.Saakaşvili yazıb.