Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib
Region
- 29 avqust, 2014
- 05:13
Bakı. 28 avqust. REPORT.AZ/ Türkiyənin Böyük Millət Məclisində (parlamentdə) bu ölkənin yeni seçilmiş 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib.
Report yerli KİV-ə istinadən xəbər verir ki, inaqurasiya zamanı R.T.Ərdoğan millət və dövlət üçün sədaqət andı edib. Bundan sonra Türkiyənin dövlət himni səslənib.
Qeyd edək ki, mərasimdə müxtəlif ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri iştirak edib. Tədbirdə Azərbaycan hökuməti adından Baş nazir Artur Rasi-zadə, eləcə də Yeni Azərbaycan hakim partiyasının üzvləri iştirak edib.
Xatırladaq ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçirilib. Seçkilərdə baş nazir R.T.Ərdoğan seçicilərin 51,8% səsini toplayaraq, qalib gəlib.
Son xəbərlər
20:42
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də gümüş medal qazanıb - YENİLƏNİB
Fərdi20:36
Gürcüstanda Şərq-Qərb magistralı 2030-cu ilin sonunadək hazır olacaq
Region20:25
Azərbaycan Premyer Liqası: "Zirə" "Sumqayıt" üzərində qələbə qazanıb
Futbol20:22
Rimas Kurtinaytis: "Neftçi" üzərində layiqli qələbə qazandıq"
Komanda20:17
Andrey Sibiqa: Zelenski və Putin mürəkkəb məsələləri razılaşdırmaq üçün şəxsən görüşməlidirlər
Region19:54
Azərbaycan Basketbol Liqasında XVI tur başa çatıb
Komanda19:48
Britaniya Baş nazirinin aparat rəhbəri Epşteyn qalmaqalı fonunda istefa verib
Digər ölkələr19:46
Azərbaycanın stolüstü tennisçisi yeni mövsümə uğurla başlayıb
Fərdi19:36