Ryabkov: "Rusiya İrəvanla Bakı arasında nizamlanmanın əldə olunacağına əmindir"
Region
- 21 iyul, 2023
- 19:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasına nail olacağına əmindir.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
"Biz tamamilə əminik ki, Ermənistan və Azərbaycan siyasətçiləri Rusiyanın bütün mərhələlərdə irəli sürdüyü mövqeyə həssas və məsuliyyətli yanaşırlar. Düşünürəm ki, bizim səylərimiz istənilən nəticəni verəcək və nizamlanma əldə olunacaq", - Ryabkov bildirib.
Diplomat vurğulayıb ki, Rusiya tərəfi Qərbdən fərqli olaraq, Ermənistan və Azərbaycan arasında münaqişədə yalnız sabit nizamlanma formulu axtarır və hər iki tərəf üçün başa düşülən variant üzərində işləyir.
Son xəbərlər
10:31
Foto
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib
Komanda
10:21
Ər-Riyada yönələn ballistik raket vurulub
Digər ölkələr
10:16
Azərbaycan güləşçiləri bu gün dünya çempionatında mübarizə aparacaq
Komanda
10:14
Foto
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
Komanda
10:09
Foto
Bakıda "Turandot" tamaşasının premyerası baş tutub
Mədəniyyət siyasəti
10:07
Foto
Anastasiya Lavrina Çində qlobal idarəetmə məsələlərində Azərbaycanın mövqeyini təqdim edib
Xarici siyasət
10:02
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Hadisə
09:52
Bolqarıstanda prezident seçkiləri başlayıb
Digər ölkələr
09:33
FIFA U-15: Azərbaycan millisi bu gün növbəti oyunlarını keçirəcək
Komanda