Rusiyanın Voronej şəhərində iki partlayış olub

Rusiyanın Voronej şəhərində iki partlayış olub Rusiyanın Voronej şəhərinin Şilova mikrorayonunda iki partlayış olub.
Region
27 Aprel , 2022 10:26
Rusiyanın Voronej şəhərində iki partlayış olub

Rusiyanın Voronej şəhərinin Şilova mikrorayonunda iki partlayış olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Voronej vilayəti Sovetsk rayonu üzrə fövqəladə hallar idarəsindən bildirilib.

Məlumata görə, mikrorayon Voronej şəhəri ətrafında Baltimor hərbi aerodromu yaxınlığında Ukrayna ilə sərhəddən 300 km aralıda yerləşir.

Bildirilib ki, sosial şəbəkədə yayılan xəbərlərə görə, səhər saatlarında havada iki dəfə güclü səs eşidilib. Hava Hücumundan Müdafiə sisteminin işlədiyi, iki dəfə havaya təyyarə qaldırıldığı ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi