Rusiyanın "Taxıl sazişi"nin bərpa olunması üçün irəli sürdüyü şərtlər açıqlanıb

Rusiyanın "Taxıl sazişi"nin bərpa olunması üçün irəli sürdüyü şərtlər açıqlanıb Rusiya, Türkiyə, Ukrayna və BMT arasında əldə olunmuş “Taxıl sazişi”nin bərpasının şərti açıqlanıb.
Region
31 İyul , 2023 10:49
Rusiyanın Taxıl sazişinin bərpa olunması üçün irəli sürdüyü şərtlər açıqlanıb

Rusiya, Türkiyə, Ukrayna və BMT arasında imzalanan və artıq müddəti başa çatan “Taxıl sazişi”nin bərpa olunacağına ümid var.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i danışıqlarda iştirak edən Türkiyə rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, sazişin bərpa olunmasına ümid var. Bunun üçün Qərb Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılması ilə bağlı zəmanət verməlidir.

Qeyd olunub ki, Ankaranın istədiyi də məhz budur: “Lakin indiki mərhələdə heç bir proqnoz vermək mümkün deyil”.

Mənbənin sözlərinə görə, vəziyyət tamamilə Qərbin Rusiya ixracına maneələri aradan qaldırmasından asılıdır.

Həmçinin, bildirilib ki, ərzaq məhsullarının ehtiyacı olan ölkələrə çatdırılması barədə yaxın vaxtlarda Türkiyə ilə Rusiya arasında ən yüksək səviyyədə görüş keçiriləcək.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl sazişi"i uzatmağa çağırıb. Sənədin müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya tərəfinin təşəbbüsü ilə fəaliyyətini dayandıran “Taxıl sazişi” ilə bağlı Rusiya Prezidenti ilə danışmaq niyyətində olduğunu bəyan edib. Ankara sazişin ən qısa zamanda bərpasını gözləyir.

Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.

Son xəbərlər

Orphus sistemi