Rusiyanın sabiq MSK sədri vəfat edib

Rusiyanın sabiq MSK sədri vəfat edib Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş sədri Vladimir Çurov martın 22-də 70 yaşında vəfat edib.
Region
22 Mart , 2023 12:27
Rusiyanın sabiq MSK sədri vəfat edib

Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş sədri Vladimir Çurov bu gün 70 yaşında vəfat edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Leonid İvlev məlumat yayıb.

Bildirilib ki, Vladimir Çurov əməliyyatdan sonra infarkt nəticəsində ölüb.

Xatırladaq ki, o, 2007-2016-cı illərdə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri olub.

Son xəbərlər

Orphus sistemi