Rusiyanın RBK media qurumunun jurnalistinə 3,5 il iş kəsilib

Rusiyanın RBK media qurumunun jurnalistinə 3,5 il iş kəsilib O, ekstremist təşkilatların fəaliyyətini idarə etməkdə təqsirli bilinib
Region
10 Avqust , 2017 19:29
Rusiyanın RBK media qurumunun jurnalistinə 3,5 il iş kəsilib

Bakı. 10 avqust. REPORT.AZ/ Moskvanın Tver məhkəməsi Rusiyanın tanınmış media qurumu RBK-nın jurnalisti Aleksandr Sokolovu 3,5 il azadlıqdan məhrum edib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, ekstremist təşkilatların fəaliyyətini idarə etməkdə təqsirli bilinib.

Aleksandr Sokolov günahını etiraf edib.

Onunla yanaşı, “Duel” qəzetinin keçmiş redaktoru Yuri Muxin 4 il şərti, ictimai fəallar Sergey Barabaş və Valeri Parfenovun hər birinə 4 il iş kəsilib. 

Məhkəmənin qərarına əsasən, onlar fəaliyyətinə Rusiya ərazisində qadağa qoyulan “Ordu xalqın iradəsi”nin işlərində iştirak ediblər. Həmin şəxslər təşkilatın adını “Məsuliyyətli hakimiyyət uğrunda” ilə əvəzləyiblər. Adları çəkilənlər ittihamları rədd ediblər. 

Son xəbərlər

Orphus sistemi