Rusiyanın Penza şəhərində partlayış olub, 2 nəfər ölüb

Region
  • 07 yanvar, 2022
  • 07:31
Rusiyanın Penza şəhərində partlayış olub, 2 nəfər ölüb

Rusiyanın Penza şəhərində çoxmənzilli binada partlayış nəticəsində 2 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Penza vilayətinin qubernatoru Oleq Melnikov instaqram səhifəsində yazıb.

Onun sözlərinə görə, binanın konstruksiyasına xəsarət dəyməyib. Qubernator hadisə yerinə gedib. Qəza yerində əməliyyat qərargahı və təxliyə məntəqəsi yaradılıb.

Partlayışın səbəbi barədə məlumat yayılmayıb.

44 filmi