Rusiyanın “Mi-28” hərbi helikopteri Suriyada məcburi eniş edib

Rusiyanın “Mi-28” hərbi helikopteri Suriyada məcburi eniş edib Ekipaj üzvləri axtarış-xilasetmə əməliyyatı nəticəsində tapılaraq aerodroma çatdırılıblar
Region
6 Oktyabr , 2017 16:00
Rusiyanın “Mi-28” hərbi helikopteri Suriyada məcburi eniş edib
РИА Новости / Георгий Зимарев

Bakı. 6 oktyabr. REPORT.AZ/ Rusiyanın Suriyadakı hərbi bazasının “Mi-28” hərbi helikopteri məcburi eniş edib.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə Suriyanın Hama əyalətində “Mi-28” helikopteri başqa bir “Mi-28”i müşayiət edərkən baş verib.

Məcburi enişə səbəb kimi helikopterin nasaz olması göstərilib. 

Xəbərdə ekipaj üzvlərinin xəsarət almadıqları bildirilib. Onlar axtarış-xilasetmə əməliyyatı nəticəsində tapılaraq aerodroma çatdırılıblar.

Helikopterə baxış keçirilib, atəş izi aşkarlanmayıb. 

Son xəbərlər

Orphus sistemi