Rusiyanın "İnformasiya təhlükəsizliyi haqqında doktrinası" təsdiqlənib

Rusiyanın "İnformasiya təhlükəsizliyi haqqında doktrinası" təsdiqlənib İstiqamətlərdən biri hərbi münaqişələr zamanı informasiya texnologiyalarından ölkənin təhlükəsizliyinə qarşı istifadə edilməsinin qarşısını almaqdır
Region
6 Dekabr , 2016 12:19
Rusiyanın İnformasiya təhlükəsizliyi haqqında doktrinası təsdiqlənib

Bakı. 6 dekabr. REPORT.AZ/ Prezident Vladimir Putin Rusiyanın “İnformasiya təhlükəsizliyi haqqında doktirinası”nı təsdiqləyib.

“Report” “RİA Novosti”yə istindən xəbər verir ki, bu barədə Rusiyanın rəsmi hüquq internet saytında məlumat yayılıb.

Yenilənmiş sənədin əsas istiqamətlərindən biri hərbi münaqişələr zamanı informasiya texnologiyalarından ölkənin təhlükəsizliyinə qarşı istifadə edilməsinin qarşısını almaqdır: “Bununla yanaşı, Rusiyanın strateji məqsədi informasiya məkanında münaqişə olmayan münasibət sistemi yaratmaqdır”.

Qeyd edək ki, sənəd dekabrın 5-də imzalanıb və həmin tarixdən qüvvədədir.

Son xəbərlər

Orphus sistemi