Rusiyanın Gümrüdəki hərbi bazasının əməkdaşları etiraz tətilinə başlayıblar

Rusiyanın Gümrüdəki hərbi bazasının əməkdaşları etiraz tətilinə başlayıblar Etirazçılar 102-ci hərbi bazaya yürüş təşkil edib, onlar rəhbərliklə görüşmək istəyirlər
Region
3 May , 2017 18:00
Rusiyanın Gümrüdəki hərbi bazasının əməkdaşları etiraz tətilinə başlayıblar

Bakı. 3 may. REPORT.AZ/ Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının əməkdaşları bu gündən etibarən etiraz tətilinə başlayıblar və işə çıxmayıblar.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar üç ay üçün əmək haqqlarının ödənməsini tələb edirlər.

"Fevral və mart aylarında bizə maaş verilməyib, aprelin əmək haqqını mayın 15-dək verməlidirlər, amma bizə pulun olub-olmayacağı ilə bağlı kimsə heç nə demir. Pul Moskvadan göndərilib, amma hələ hesabımıza köçməyib", - etirazçılardan biri bildirib.

Etirazçılar 102-ci hərbi bazaya yürüş təşkil edib, onlar rəhbərliklə görüşmək istəyirlər.

Bazanın əməkdaşları müqavilə əsasında yaşayış binalarının saxlanılması üzrə xidmət həyata keçirirlər. Maliyyə Rusiyadan gəlsə də, onlara maaş Ermənistan valyutası ilə ödənilir.

Etirazçıların yürüşü bazaya yetişəndən az sonra 102-ci hərbi bazanın komandiri Vladimir Yelkanov əməkdaşlarla görüşmək üçün şəxsən bayıra çıxıb. O, etirazçıların şikayətlərini dinlədikdən sonra problemlərdən xəbərsiz olduğunu deyib və bu məsələni həll edəcəyinə söz verib.

Son xəbərlər

Orphus sistemi