Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasında xidmət edən hərbçilərin və mülki şəxslərin koronavirusa qarşı könüllülük əsasında vaksinasiyası başlayıb.
“Report” xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin Mətbuat xidməti yayıb.
Peyvəndlənmə zamanı Rusiya istehsalı olan “Sputnik-V”dən istifadə edilir.
Prosesdən öncə hərbçilər və mülki şəxslər vaksinasiyaya yazılı razılıq verməlidirlər.
Gümrüdəki bazaya min doza vaksin gətirilib.