Rusiyanın Ermənistandakı bazasının bölmələri həyəcan siqnalı üzrə ayağa qaldırılıb

Rusiyanın Ermənistandakı bazasının bölmələri həyəcan siqnalı üzrə ayağa qaldırılıb Bazanın bölmələri "Kamhud" və "Alagöz" yüksək dağlıq poliqonlarına çıxıb
Region
1 Mart , 2017 11:33
Rusiyanın Ermənistandakı bazasının bölmələri həyəcan siqnalı üzrə ayağa qaldırılıb

Bakı. 1 mart. REPORT.AZ/ Rusiyanın Ermənistanda yerləşən Cənub Hərbi Dairəsinin (CHD) bölmələri planlı döyüş yoxlamasının keçirilməsi məqsədilə həyəcan siqnalı üzrə ayağa qaldırılıb.

Bu barədə "Report" CHD-nin mətbuat xidmətinən istinadən məlumat verir.

"Həyəcan siqnalı üzrə döyüş hazırlığında motoatıcı, tank, kəşfiyyat, artilleriya və zenit bölmələri çətin taktiki şəraitdə hava hücumlarını dəf etmək, qarla örtülmüş çətin keçilən, zəhərli maddələrin, daş uçqunlarının və şərti təxribat-kəşfiyyat qruplarının olduğu zonaların dəf edilməsi üzrə bacarıqlarını artırır", - CHD-nin məlumatında deyilir.

Qeyd olunur ki, Rusiya hərbi bazasının bölmələri "Kamhud" və "Alagöz" yüksək dağ poliqonlarına çıxıb.

Hava Hücumundan Müdafiə bölmələri hava məkanını Rusiyanın Erebunidəki hərbi bazasına məxsus "Buk M1-2", "S-300V" kompleksləri, "MiQ-29" qırıcı təyyarəsi, eləcə də"Mi-8Mt" və "Mi-24p" tipli helikopterlərdən istifadə edərək qoruyur.

Son xəbərlər

Orphus sistemi