Rusiyanın ən zəngin qadınlarından biri həbs edilib

Rusiyanın ən zəngin qadınlarından biri həbs edilib Moskvanın Basmannı məhkəməsi bankir Olqa Mirimskayanı İstintaq Komitəsinin əməkdaşına rüşvət verməkdə şübhəli bilinərək iki ay müddətinə həbs edib.
Region
18 Dekabr , 2021 05:17
Rusiyanın ən zəngin qadınlarından biri həbs edilib
Olqa Mirimskaya

Moskvanın Basmannı məhkəməsi bankir Olqa Mirimskayanı İstintaq Komitəsinin əməkdaşına rüşvət verməkdə şübhəli bilinərək iki ay müddətinə həbs edib.

"Report" xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Mirimskaya adı açıqlanmayan cinayət işində zərərçəkmiş kimi tanınması üçün İstintaq Komitəsinin Moskva vilayəti üzrə İdarəsinin əməkdaşına avtomobil bağışlayıb.

Qeyd edək ki, 2015-ci ildə Mirimskaya "Forbes" jurnalının tərtib etdiyi "Rusiyanın ən zəngin qadınları" reytinqində 22-ci yerdə qərarlaşıb. Onun sərvəti 100 milyon ABŞ dolları qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi