Rusiyada daha bir nazir koronavirusa yoluxdu

Rusiyada daha bir nazir koronavirusa yoluxdu Rusiyanın mədəniyyət naziri Olqa Lyubimovaya koronavirus diaqnozu qoyulub.
Region
6 May , 2020 16:00
Rusiyada daha bir nazir koronavirusa yoluxdu

Rusiyanın mədəniyyət naziri Olqa Lyubimovaya koronavirus diaqnozu qoyulub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Nazirliyin mətbuat katibi Anna Usaçova deyib.

Olqa Lyubimova distant işləyir. COVID-19 testinin sonucları pozitiv çıxıb. Nazir hazırda evdədir, videokonfrans rejimində işgüzar iclas keçirir, görüş və danışıqlarda onlayn formatda iştirak edir”, - A.Usaçova bildirib.

Onun sözlərinə görə, nazir xəstəliyi yüngül keçirir, ona görə də xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur.

Qeyd edək ki, daha öncə Rusiyanın baş naziri Mixail Mişustin və inşaat naziri Vladimir Yakuşevə koronavirus diaqnozu qoyulub.

Xatırladaq ki, Rusiyada qeydə alınmış yoluxma hallarının sayı 166 000-ə çatır. Onlardan 21 327 nəfər sağalsa da, ölənlərin sayı 1 537-dir.

Son xəbərlər

Orphus sistemi