Bakı. 24 fevral. REPORT.AZ/ Rusiya Suriya ordusuna (Bəşşar Əsəd rejiminin silahlı qüvvələrinə - "Report") yardım etdiyi kimi, "YPG"yə (terrorçu PKK qruplaşmasının Suriyadakı qollarından biri -"Report") də silahla yardım edir".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi təmsilçisi Vladimir Safronkov "Rudaw"a müsahibəsində deyib.
Qeyd edək ki, Türkiyə "YPG" və "PYD"ni terrorçu PKK-nın Suriyadakı qolları olaraq tanıyır. Rəsmi Ankara PKK kimi bu iki silahlı qruplaşmanın da Rusiya tərəfindən maliyyələşdiyini bildirir.