Rusiyanın Baxmutu atəşə tutması nəticəsində 5 yerli sakin həlak olub

Region
  • 17 fevral, 2023
  • 01:13
Rusiyanın Baxmutu atəşə tutması nəticəsində 5 yerli sakin həlak olub

Rusiya qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərini atəşə tutması nəticəsində 5 yerli sakin həlak olub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu teleqramda məlumat yayıb.

Baş Prokurorluq 9 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını da açıqlayıb.

Qurumun məlumatına görə, Rusiya qüvvələri top artilleriyasından və “Qrad” reaktiv yaylım atəşi sistemindən Baxmutu atəşə tutub:

“İşğalçıların mərmiləri növbəti dəfə şəhərin yaşayış məhəlləsinə düşüb”, - məlumatda deyilib.

Baş Prokurorluq ölənlərdən üçünün kişi, ikisinin qadın olduğunu bildirib.

Xatırladaq ki, Rusiya hərbçiləri və onlara dəstək verən “Vaqner” özəl hərbi şirkətinin muzdluları son bir neçə ayda Baxmutu zəbt etməyə can atırlar, şəhər daim atəş altındadır.

44 - Tezliklə