Rusiyanın baş naziri koronavirusa yoluxdu

Rusiyanın baş naziri koronavirusa yoluxdu Rusiya Federasiyasının baş naziri Mixail Mişustin koronavirusa yoluxduğunu açıqlayıb.
Region
2002
30 Aprel , 2020 20:53
Rusiyanın baş naziri koronavirusa yoluxdu
Forbes

Rusiya Federasiyasının baş naziri Mixail Mişustin koronavirusa yoluxduğunu açıqlayıb. 

"Report" TASS-a istinadən xəbər verir ki, o, bu barədə Rusiya prezidenti Vladimir Putini videobağlantı vasitəsilə məlumatlandırıb. 

Bildirilib ki, hazırda Rusiya baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq birinci müavin Andrey Belousova tapşırılıb.

Qeyd edək ki, Rusiyada bu günədək 106 498 nəfər koronavirusa yoluxub, onlardan 1 073-ü ölüb. Ölkədə indiyədək 11 619 nəfər infeksiyadan sağalaraq xəstəxanalardan evə buraxılıb. 

Son xəbərlər

Orphus sistemi