Rusiyanın 7 regionuna kütləvi dron hücumu olub
Region
- 09 sentyabr, 2024
- 23:03
Sentyabrın 10-na keçən gecə Rusiyanın yeddi regionuna kütləvi dron hücumu olub.
“Report” xəbər verir ki, bu barədə yerli KİV, habelə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz teleqramda yazıb.
Rusiyanın Belqorod, Kursk, Oryol, Voronej, Tula və Kaluqa vilayətlərinin, habelə Krasnodar diyarının dron hücumuna məruz qaldığı bildirilir.
Boqomazın sözlərinə görə, Rusiya hərbçiləri Bryansk vilayəti ərazisində kütləvi dron hücumunu dəf edirlər.
“Bir saat ərzində Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə bölmələri iyirmi bir təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib”, – o vurğulayıb.
Eyni zamanda, mətbuatda işğal altındakı Krım yarımadasında da partlayış səslərinin eşidildiyinə dair məlumat yayılıb.
Son xəbərlər
18:38
London COP29-da iqlim dəyişikliyi ilə mübarizədə töhfəyə görə Bakıya təşəkkür edib
COP2918:28
Foto
Aerobika gimnastikası üzrə Avropa çempionatının ilk qalib ölkələri məlum olub
Fərdi18:23
Azərbaycan Türkiyədən oktyabrda elektrik məhsulları idxalına çəkdiyi xərci 15 %-ə yaxın azaldıb
Energetika18:21
Foto
Azərbaycan ağırlıqqaldıranı İslamiadanı üç medalla başa vurub - YENİLƏNİB
Fərdi18:11
Qubada kişi balta xəsarətləri alıb, qohumu saxlanılıb
Hadisə18:05
Video
Bakıda "Mercedes" dərəyə aşıb, xəsarət alan var
Hadisə18:01
Serbiya parlamentinin sədri Ukraynada səfərdədir
Digər ölkələr17:57
"Funq-Vonq" super qasırğası səkkiz nəfərin ölümünə səbəb olub
Digər ölkələr17:46