Rusiyalı politoloq: "Ermənistanın atdığı addımlar özünə mənfi təsir göstərəcək"

Rusiyalı politoloq: "Ermənistanın atdığı addımlar özünə mənfi təsir göstərəcək" "Ermənistanın KTMT-yə, Gömrük İttifaqına və digər təşkilatlara üzvlüyünü nəzərə aldıqda Ermənistanın atdığı addımlara məna verə bilmirəm. Ermənistan sərfəli iqtisadi əlaqələrdən məhrum olur və bu, Ermənistanın özünə və imicinə mənfi təsir göstərəcək”.
Region
30 Oktyabr , 2023 16:19
Rusiyalı politoloq: Ermənistanın atdığı addımlar özünə mənfi təsir göstərəcək

"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Gömrük İttifaqına və digər təşkilatlara üzvlüyünü nəzərə aldıqda onun atdığı addımlara məna verə bilmirəm. Ermənistan sərfəli iqtisadi əlaqələrdən məhrum olur və bu, Ermənistanın özünə, onun imicinə mənfi təsir göstərəcək”.

Bu fikirləri “Report”a açıqlamasında Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru, politoloq Aslan Rubayev deyib.

O qeyd edib ki, Ermənistanın Rusiyadan uzaqlaşıb Qərbə meyil etməsi mənfi məzmunlu bir hekayədir: “Dostlar və müttəfiqlər arasında münasibətlərin gərginləşməsi kədərlidir”.

Ermənistanın Rusiya ilə əlaqələri tam şəkildə kəsməsinin mümkün olub-olmayacağına gəldikdə, politoloq əlaqələrin qırılmasının mümkünsüz olduğunu söyləyib: “Ermənistanın Rusiyadan çox ciddi iqtisadi-coğrafi asılılığını nəzərə alaraq vurğulamalıyam ki, bu əlaqələrin tamamilə qırılması mümkün deyil, lakin Paşinyan hazırda ikitərəfli münasibətlərdə sabitliyi pozmaq üçün böyük səy göstərir. Nəzərə alaq ki, Ermənistan xalqı Rusiyaya böyük hörmət və rəğbətlə yanaşır və Ermənistan hökumətinin Rusiyaya qarşı siyasətini pisləyir. Sıx mədəni əlaqələr iki ölkə arasında gərginliyin daha da artmasına imkan verməyəcək”.

Son xəbərlər

Orphus sistemi