Rusiya hakimiyyəti müxalif jurnalisti axtarışa verib
Region
- 12 yanvar, 2023
- 07:13
Rusiyalı jurnalist Arkadi Babçenko axtarışa verilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Onun barəsində hansı maddə ilə cinayət işi açıldığı açıqlanmayıb.
Amma jurnalist ekstremistlər siyahısına əlavə edilib.
Xatırladaq ki, 1977-ci il təvəllüdlü A.Babçenko “Moskovski Komsomoltsk” və “Novaya qazeta” nəşrlərində hərbi müxbir kimi çalışıb. O, 2017-ci ildən Ukraynaya köçüb.
2018-ci ildə jurnalistin Kiyevdə öldürülməsi barədə məlumatlar yayılsa da, sonradan bunun jurnalistə ehtimal edilən sui-qəsdin qarşısını almaq üçün yayıldığı məlum olub.
A.Babçenko sui-qəsdin hazırlanmasında Rusiya xüsusi xidmət orqanlarını ittiham edib.
2019-cu ilin noyabrında A.Babçenko Ukraynanı tərk edib.
Son xəbərlər
14:20
"Qəbələ" rəsmisi Səbuhi Səfiyarlı: "Kaxaber Sxadadze ilə yolları uğursuz nəticələrə görə ayırdıq"
Futbol14:19
Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır
Biznes14:18
STAR NEZ Türkiyədə LPG istehsalında lider olub
Energetika14:16
Polşada dron hissələri istehsal edən müəssisədə yanğın olub
Digər ölkələr14:13
Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH
Analitika14:07
Alla Həsənova: "Millimizi Türkiyə ilə oyunda çətin sınaq gözləyir"
Komanda14:03
İsrail və Yunanıstan 3 milyard avroluq müdafiə sazişi imzalayıb
Digər ölkələr14:00
Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıb
Hadisə13:42