Rusiyalı general 100 min dollar rüşvət almaqda ittiham olunur

Rusiyalı general 100 min dollar rüşvət almaqda ittiham olunur Rusiya Silahlı Qüvvələrin Mühəndis qoşunlarının rəis müavini general-mayor Ruslan Allahverdiyev 6 mln 700 min rubl (təxminə 100 min dollar) məbləğində rüşvət almqda ittiham olunur.
Region
24 Sentyabr , 2021 15:34
Rusiyalı general 100 min dollar rüşvət almaqda ittiham olunur

Rusiya Silahlı Qüvvələrinin Mühəndis Qoşunlarının rəis müavini, general-mayor Ruslan Allahverdiyev 6 mln 700 min rubl (təxminə 100 min dollar) məbləğdə rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Məlumata görə, o, “Loqis” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru Nikolay Semeykindən 100 min dollar pul alıb.

R.Allahverdiyev ümumi məbləği bir milyon rubl (təxminən 15 min dollar) təşkil edən 3 rüşvət alma hadisəsində də şübhəli bilinir.

Son xəbərlər

Orphus sistemi