Rusiyalı ekspert: "Yerevan hərbçilərinə nəzarət etmir"

Rusiyalı ekspert: "Yerevan hərbçilərinə nəzarət etmir" Erməni hərbçiləri arasında nizam-intizamın yoxdur
Region
23 Aprel , 2021 14:54
Rusiyalı ekspert: Yerevan hərbçilərinə nəzarət etmir
Andrey Petrov

“Zəngəzur dəhlizi Cənubi Qafqaz bölgəsində kommunikasiyaların tam bərpası üçün ilk böyük layihə olacaq. Bu, bu gün mövcud olan bütün kommunikasiya məhdudiyyətlərinin aradan qaldırılmasına təkan verəcək. Dəhliz Ermənistan üçün də faydalı olacaq, çünki o, tranzit ölkəyə çevrilərək daşınmalar sayəsində gəlir əldə edə biləcək”.

Bu fikirləri “Report”un Rusiya bürosuna “Vestnik Kavkaza” agentliyinin baş analitiki Andrey Petrov bildirib.

Ermənistan-Azərbaycan sərhədində erməni tərəfinin son təxribatlarını şərh edən ekspert, erməni hərbçiləri arasında nizam-intizamın olmadığını qeyd edib: “Buna nəzarət edə biləcək komandan heyəti yoxdur. Yerevan hərbçilərinə nəzarət etmir və orada böyük təhlükəsizlik problemləri var. Rusiya sülhməramlıları erməni tərəfindən ən azından kiminsə təhlükəsizliyə riayət etməsini təmin etmək üçün oradadırlar”.

Son xəbərlər

Orphus sistemi