Türkiyə Rusiyadan S-400 raketlərinin tədarükünə dair müqavilənin imzalandığını təkzib edib

Türkiyə Rusiyadan S-400 raketlərinin tədarükünə dair müqavilənin imzalandığını təkzib edib Türkiyə Milli Müdafiə Nazirliyi Rusiyadan S-400 zenit-raket kompleksinin ikinci partiyasının tədarükünə dair müqavilənin imzalandığını təkzib edib.
Region
16 Avqust , 2022 11:49
Türkiyə Rusiyadan S-400 raketlərinin tədarükünə dair müqavilənin imzalandığını təkzib edib

Türkiyə Milli Müdafiə Nazirliyi Rusiyadan S-400 zenit-raket kompleksinin ikinci partiyasının tədarükünə dair müqavilənin imzalandığını təkzib edib.

“Report” xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Qeyd olunub ki, Rusiya ilə S-400 məsələsində hansısa irəliləyiş yoxdur.

Proses ilk gün imzalanan razılaşmaya uyğun olaraq davam edir.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev belə bir müqavilənin imzalandığını söyləmişdi.

11:49

"Rusiyadan Türkiyəyə S-400 zenit-raket komplekslərinin (ZRK) ikinci partiyasının tədarükü ilə bağlı müqavilə imzalanıb. Müqavilə çərçivəsində sistemin ayrı-ayrı komponentlərinin istehsalının lokalizasiyası nəzərdə tutulur".

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev məlumat verib. O, müqavilənin nə zaman imzalandığını açıqlamayıb.

Şuqayev hazırda bu müqavilənin icrasının həyata keçirildiyini bildirib.

Xatırladaq ki, S-400-lərin tədarükü ilə bağlı Rusiya və Türkiyə arasında müqavilə 2017-ci ildə imzalanıb. Bununla da, Türkiyə bu sistemləri əldə etmiş ilk NATO ölkəsi olub. ABŞ Türkiyənin S-400-lərdən imtina etməsini tələb edərək, onu F-35 qırıcılarının istehsalı proqramından çıxarıb, həmçinin Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Sanksiyaların aradan qaldırılmasının əvəzində rəsmi Vaşinqton həmin S-400-lərin Ukraynaya verilməsini təklif edib.

Son xəbərlər

Orphus sistemi