Rusiyadan məhsulların və xammalın ixracına qadağa qoyulur

Rusiyadan məhsulların və xammalın ixracına qadağa qoyulur Rusiya Prezidenti Vladimir Putin xarici iqtisadi fəaliyyət sahəsində xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında fərman imzalayıb.
Region
8 Mart , 2022 22:27
Rusiyadan məhsulların və xammalın ixracına qadağa qoyulur

Rusiya Prezidenti Vladimir Putin xarici iqtisadi fəaliyyət sahəsində xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında fərman imzalayıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Rusiyanın dövlət başçısı bəzi məhsulların və xammalın idxalının qadağan olunacağı dövlətlərin siyahılarını iki gün ərzində müəyyən etməyi tapşırıb.

O, həmçinin dekabrın 31-dək Rusiyadan məhsulların və xammalın ixracına qadağa qoyulmasını təmin etməyi tapşırıb, onların siyahısını hökumət müəyyən edəcək.

Son xəbərlər

Orphus sistemi