Rusiyadan İrana yan alan gəmi Xəzər dənizində saya oturub

Rusiyadan İrana yan alan gəmi Xəzər dənizində saya oturub Hazırda ərazidə gəmilərin hərəkətə dayandırılıb.
Region
113
10 May , 2021 12:06
Rusiyadan İrana yan alan gəmi Xəzər dənizində saya oturub

Rusiyanın Həştərxan vilayətinin Olya limanından İranın Əmirabad limanına hərəkət edən “Port Olya-4” yük gəmisi Xəzər dənizinin şimalında saya oturub.

“Report” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsi bildirib.

Məlumata görə, hadisə mayın 10-da gecə saatlarında baş verib. Xəsarət alan olmayıb. Gəmi zədələnməyib.

Məlumata görə, gəmi Xəzər dənizinin şimal hissəsində Volqa-Xəzər dənizi nəqliyyat kanalının 155 km-liyində saya oturub. Hazırda ərazidə gəmilərin hərəkəti dayandırılıb. Əlverişli hava şəraitində gəminin çıxarılması ilə bağlı tədbir görüləcək.

Son xəbərlər

Orphus sistemi