Bakı.19 yanvar. REPORT.AZ/ Əlverişsiz hava şəraiti səbəbindən Rusiyanın "Aeroflot" hava şirkətinə məxsus "Şeremetevo" hava limanından yanvarın 19-da 30 beynəlxalq və daxili uçuş reysləri təxirə salınıb.
"Report" xəbər verir ki, bu haqda Rusiya KİV-i məlumat yayıb.
Məlumata görə, təxirə salınan xarici reyslər arasında Bakıya uçuşlar olmasa da, İstanbul, Alma-atı, Riqa, Budapeşt, Amsterdam, Vyana və Riqa kimi şəhərlərin adları var.