Rusiyada zəncirvari qəzada üç nəfər ölüb
Region
- 20 iyul, 2024
- 16:34
Rusiyanın Krasnodar şəhərində Rostov şossesinin 13-cü km-də “Kamaz” da daxil olmaqla altı avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib.
“Report” “TASS”a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər ölüb, ikisi yeniyetmə olmaqla üç nəfər yaralanıb.
Müəyyən edilib ki, “Kamaz” iki avtomobillə toqquşub, daha sonra isə digər nəqliyyat vasitələrinə çırpılıb.
Qəza nəticəsində avtomobillərdən birinin sürücüsü xəsarət alıb, onunla birlikdə olan iki sərnişin ölüb. Digər avtomobilin sürücüsü də dünyasını dəyişib.
Hadisə yerindən 14 və 10 yaşlı iki azyaşlı sərnişin tibb müəssisələrinə aparılıb, onlara lazımi köməklik göstərilir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılıb.
Son xəbərlər
15:14
Ayxan Abbasov: "Milli komanda olaraq oyunlarımızı tək Bakıda yox, bölgədə də keçirmək istəyirik"
Futbol15:09
Özbəkistan sakini çoxmərtəbəli binanın zirzəmisində köpəkbalığı yetişdirib
Region15:07
İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Xarici siyasət14:59
Foto
Yardımlıda arxeoloji qazıntı zamanı qədim insana məxsus sümüklər aşkarlanıb
Elm və təhsil14:55
"Liverpul" 18 yaşlı hücumçu Cilian Nqessanın transferini açıqlayıb
Futbol14:45
TAP hidrogen və biometanın mövcud infrastrukturla nəqli imkanlarını qiymətləndirir
Energetika14:41
Foto
Naxçıvan Sənaye Parkı - sənaye və logistika imkanlarının sinerjisi
Sənaye14:38
Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edilib
İnfrastruktur14:31