Rusiyada zavodda partlayış nəticəsində ölənlərin sayı 26-ya çatıb
Region
- 20 avqust, 2025
- 19:33
Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı “Elastik” zavodunda barıt sexində baş verən yanğın və partlayış nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə regional əməliyyat qərargahı məlumat yayıb.
Məlumata görə, 30 nəfər (Ryazanda 15, Moskvanın tibb mərkəzlərində 15) stasionar, 109 xəstə isə ambulator müalicə alır. Meyitlərin kimə məxsus olması ilə bağlı araşdırmalar davam etdirilir, lazımi ekspertizalar aparılır.
“Lesnoy qəsəbəsi hüdudlarında fövqəladə vəziyyət rejimi qüvvədə qalmaqda davam edir. Fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir, o cümlədən müəssisənin ərazisində işlər gedir”, - qərargahdan əlavə edilib.
Qeyd edək ki, daha əvvəl 25 nəfərin öldüyü bildirilirdi.
Son xəbərlər
12:13
"Bakı–Xankəndi" Azərbaycan Velosiped Yarışının maskotu müəyyənləşib
Fərdi12:11
Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərci 13 % azaldıb
Biznes12:06
"Turkish Airlines" Tehrana beş reysi ləğv edib
Region12:06
Tramp Meksikada narkokartellərə qarşı əməliyyata başlaya bilər
Digər ölkələr12:02
Yaponiyanın müdafiə naziri ABŞ-yə səfər edəcək
Digər ölkələr11:57
Ukrayna Rusiyanın raket hücumlarına görə BMT-nin təcili iclasının keçirilməsinə çalışır
Region11:57
Foto
"Qarabağ"ın media üçün açıq məşqi baş tutub
Futbol11:57
"Lənkəran" basketbolçusu ilə vidalaşıb
Komanda11:54