Rusiyada zavodda partlayış: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Rusiyada zavodda partlayış: 1 nəfər ölüb, 2 nəfər yaralanıb Rusiya Federasiyasının Başqırdıstan Respublikasında yerləşən “Avanqard” partlayıcı maddələr istehsal edən zavodda partlayış olub.
Region
24 Noyabr , 2020 10:00
Rusiyada zavodda partlayış: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında yerləşən “Avanqard” partlayıcı maddələr istehsal edən zavodda partlayış olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Başqırdıstanın Səhiyyə Nazirliyindən bildirilib.

Sterlitamak şəhərində baş verən hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

“Avanqard”da neft-qaz sənayesi və Rusiyanın Müdafiə Nazirliyi üçün partlayıcı istehsal olunur. Zavodun məhsullarından hərbi sahədə reaktiv sistemlərin sursatının yayılım atəşinin utilizasiyasında istifadə edilir.

“Avanqard”ın Rusiya Ticarət Sənayesi Nazirliyinin tabeliyində olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi