Rusiyada yaşayış evində partlayışda ölənlərin sayı artıb, xəsarət alanlar var

Rusiyada yaşayış evində partlayışda ölənlərin sayı artıb, xəsarət alanlar var Rusiyanın Lipetsk əyalətinin Yelts şəhərində ikimərtəbəli yaşayış evində qazdan partlayış baş verib.
Region
11 Sentyabr , 2021 05:34
Rusiyada yaşayış evində partlayışda ölənlərin sayı artıb, xəsarət alanlar var

Rusiyanın Lipetsk əyalətinin Yelts şəhərində ikimərtəbəli yaşayış evində baş verən partlayış zamanı həlak olanların sayı 2 nəfərə çatıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, partlayış zamanı 2 nəfər həlak olub. Onlardan biri qadın, digəri uşaqdır. Hadisə zamanı daha bir neçə nəfər xəsarət alıb. Onlardan 5-i xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti orta ağırdır.

Qeyd edilir ki, binada ümumilikdə 47 nəfər qeydiyyatdadır. Lakin onların hamısı burada yaşamır. Bina 1970-ci ildə tikilib və qəzalı vəziyyətdədir. Hadisəyə qaz sızması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

4:20

Rusiyanın Lipetsk əyalətinin Yelts şəhərində ikimərtəbəli yaşayış evində partlayış baş verib.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hadisəyə qaz sızması səbəb olub. Partlayış zamanı binanın divarı qismən, girişi isə tamam dağılıb.

Məlumata görə, hadisə zamanı 1 nəfər həlak olub. Ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildiriblər ki, hadisə zamanı 7 nəfər xəsarət alıb. Yaralılardan 2-si xəstəxanaya yerləşdirilib. Dağıntılar altında daha bir neçə nəfərin qaldığı güman edilir. Ehtimala görə, onlar arasında uşaqlar da var.

Nazirlikdə əlavə ediblər ki, hazırda sakinlərin təxliyyəsi həyata keçirilir.

Əraziyə FHN-in 15 işçisi və 4 texnika cəlb edilib.

Son xəbərlər

Orphus sistemi