Rusiyada yaşayış binasında güclü yanğın olub, ölənlər var - VİDEO - YENİLƏNİB

Rusiyada yaşayış binasında güclü yanğın olub, ölənlər var - VİDEO - YENİLƏNİB Rusiyada yaşayış binasında baş verən güclü yanğında ölənlər arasında Lesosibirsk şəhərinin prokuroru Vasili Federoçov və onun ailə üzvləri də var.
Region
16 Sentyabr , 2019 07:23
Rusiyada yaşayış binasında güclü yanğın olub, ölənlər var - VİDEO - YENİLƏNİB

Rusiyada yaşayış binasında baş verən güclü yanğında ölənlər arasında Lesosibirsk şəhərinin prokuroru Vasili Federoçov və onun ailə üzvləri də var.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir. 

Ehtimal edilir ki, onlar hadisədən əvvəl Bolşakovlar ailəsinə qonaq gediblər. "Yanğın zamanı Lesosibirskin prokuroru, onun ailə üzvləri və bacısının ailəsi həlak olub", -deyə hüquq-mühafizə orqanlarındakı müsahib TASS-a bildirib.   

Qeyd edilir ki, qonşular mənzildə uşaqların qışqırtısını eşidərək Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Xilasedicilər hadisə yerinə operativ gələrək qapını açsalar da, alovun bürüdüyü mənzildə olanların hamısının həlak olduğunu görüblər. 

Məlumata görə, hadisəyə köhnə elektrik naqillərinin enerji yükü ilə həddən artıq yüklənməsi səbəb olub. Alov otaqlara qısaqapanma vasitəsilə yayılıb. 


***01:49

Rusiyada yaşayış binasında güclü yanğın olub.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. 

Məlumata görə, hadisə Krasnoyarskda baş verib. Beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 8 nəfər ölüb

İlkin məlumatda bildirilir ki, ölənlər arasında 4 uşaq da var.

Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir. 

 

Son xəbərlər

Orphus sistemi